Tehrandan son dəqiqələrdə daha bir həyacanlı məlumat daxil olub
Xarici xəbər agentliklərinin verdiyi xəbərə görə, terror hücumu zamanı ölənlərin sayı 12 nəfərə yüksəlib. Yaralıların sayı isə 39 nəfərə catıb. Məlumatda Məclisdəki terrorçuların 4-nün də öldürüldüyü bildirilir.
***11:44
Bir sıra KİV-lər xəbər verir ki, İran paytaxtının “İmam Xomeyni” metro stansiyasında da partlayış törədilib. Partlayışı intiharçı-terrorçunun törətdiyi bildirilir. Təfərrüatlar məlum deyil.
“Fars” agentliyi xəbər verir ki, İran parlamentinin binasına soxulan və bir neçə adamı girov götürən terrorçulardan birinin üzərində bomba var. Hazırda o, təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Terrorçuların əllərində neçə girovun olduğu barədə məlumat yoxdur.
İranın yarırəsmi “Fars” agentliyi Tehranda baş verənlərin mütəşəkkil terror hücumları olduğunu bildirir. Agentliyin məlumatına görə silahlılar eyni zamanda bir neçə dövlət binasına hücum edib, atışmalar zamanı ölən və yaralananların sayı 8-yə çatıb. Xomeyninin movzeleyi qarşısında etışma ilə yanaşı partlayış da baş verib. Ölənlər var. Habelə silahlı şəxs mavzoleyi ziyarət edənlərə rast gələ atəş açıb. Mavzoleyə 3 terrorçunun hücum etdiyi bildirilir, onlardan biri özünü partladıb. Mavzoleydə 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı xəbər verilir. Lakin ölənlərin sayı daha çox ola bilər.
Parlamentdə girovların saxlanıldığı və atışmaların davam etdiyinə dair yeni xəbərlər var.
Qeyd edək ki, bu hadisələr Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb ölkəsinin İranla tərəfdaşlığa görə Qətərlə əlaqələri kəsməsinin ardınca baş verir.
“Tasmin” agentliyi bu hücumda iştirak edən qadın terrorçunun yaxalandığını bildirir. Daha bir terrorçu isə saxlanılarkən sianid kalium (insanı ani olaraq öldürən zəhər) kapsulunu içib və ölüb.
“Əl-Ərəbiyyə”nin Liviya bürosu İran parlamentinə hücumun məsuliyyətini İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü bildirib.(musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...