Nyu-York məhkəməsinin ardınca London məhkəməsi də Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin, habelə hüquqlarının xarici kreditorların iddia tələblərindən qorunması ilə bağlı müsbət qərar qəbul edib
MilliYol.Az Virtualaz.org-a istinadən bildirir ki, qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək. Bu qərar ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesini dəstəkləyir.
Məlum olduğu kimi, ABB-nin bir sıra xarici maliyyə institutlarından cəlb etdiyi xarici valyutada borcların bu plana uyğun olaraq birbaşa dövlətə ötürülməsi nəzərdə tutulur. Bu proses bankın yalnız xarici öhdəliklərini əhatə edir. Bütün digər öhdəliklər, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlar isə cari rejimdə həyata keçirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...