“Son bir il ərzində kreditlərin verilməsi şərtlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib”.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. Onun sözlərinə görə, kreditlərin həm müddəti, həm faiz dərəcələri aşağı salınıb:
“Devalvasiyadan sonra banklar vaxtı keçmiş kreditlərin böyük hissəsini faizlər üzrə güzəştə gedib, müddətləri azaldıblar. Banklarda əlavə resurslar formalaşdıqca, əlavə güzəştlər də tətbiq oluna bilər. Bu, banklarla müştərilər arasında olan münasibətlərdir”.
“Bank Standart”da yaranan problemlərlı bağlı danışan R.Aslanlı qeyd edib ki, dövlət həmin bankın idarəçiliyini öz üzərinə götürüb: “Dövlət bankın arxasında dayanır ki, fiziki və hüquqi şəxslərin banklarda olan əmanətləri itirilməsin. Hazırda müvvəqqəti inzibatçılıq bankın sağlamlaşdırılması ilə məşğuldur. Bankın bağlanması və ya ləğv olunması ilə bağlı səsləndirilən fikirlərin əsası yoxdur. Belə bir hal gözlənilmir”.
10 min dollara qədər olan kreditlərə güzəştin tətbiqi ilə bağlı suala cavab olaraq R.Aslanlı bildirib: “Bu məlumatdan xəbərsizəm. Amma bununla bağlı müraciət olunarsa, baxıla bilər” -deyə, o, əlavə edib. (Azvision.az)
"Milli Yol"
Digər xəbərlər
loading...