Xəbər verildiyi kimi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir iyunun 5-də kiçik bir əmirlik olan qazla zəngin Qətərlə diplomatik münasibətlərini pozublar
Həmin ölkələr Qətərlə diplomatik əlaqələrin kəsilməsinin səbəbi kimi bu ölkənin İŞİD və “Əl-Qaidə” terrorunu dəstəkləməsini, maliyyələşdirməsini göstəriblər.
Lakin analitiklər əmindir ki, əsas səbəb Qətərin Fars körfəzinin digər zəngin ərəb ölkələrindən fərqli siyasət yürüdərək İranla yaxın münasibətlərə meyllənməsidir. Və ərəb-müsəlman dünyasını silkələyən bu hadisənin Ər-Riyadda keçirilən ərəb-amerika sammiti ilə bağlılığı var. Çünki Qətərin radikal islamçı qruplaşmaları maliyyələşdirməsi, dəstəkləməsi yeni deyil. Üstəlik bu işlə məşğul olan da tək Qətər deyil. Səudiyyə Ərəbistanının da radikal vəhabiliyin beşiyi olduğu və bütün terror qruplaşmalarının ideologiyasının məhz oradan qaynaqlandığı yaxşı məlumdur.
Bəs Qətər İranla yaxşı münasibətlərdə olmağa niyə bu qədər can atır? Qərb mətbuatı yazır ki, burada ən böyük səbəb iqtisadidir.Qətər və İran Fars körfəzində dünyanın ən iri qaz yatağının üstündə oturublar. Qətərin Şimal mədəni adlandırdığı yataq əmirliyin hasil etdiyi qazın hamısını verir. Ölkə gəlirlərinin 60 faizini bu yataqdan gəlir.
195986_srcİran 1979-cu il inqilabından sonra xarici incvestisiya və texniki dəstəkdən bir müddət məhrum olsa da, Qətər xarici şirkətlərlə bahalı kontraktlar imzalayıb. Bu kiçicik öklədə nəhəng qaz zavodları tikilib və Qətər dünyanın ən böyük qaz ixracatçılarından birinə çevrilib.
Beləlijklə, İran və Qətər müvafiq olaraq olaraq Rusiyadan sonra dünyanın ən böyük ikinci və üçüncü qaz yataqlarına malikdir. 1969-cu ildə İran şahı ilə Qətər əmiri arasında Fars körfəzinin demarkasiyası barədə saziş imzalanıb. Suyun dibində yerləşən 9700 kvadrat kilometrlik sahə yatağın yerləşdiyi ərazidir. Bunun 3700 kvadrat kilometri (Cənubi Pars) İranın, 6000 kvadrat kilometri (North Dome) Qətərin ərazi sularına düşür.
İki onillik ərzində İran Qətəri imitasiya edərək bu yataqlarda müəyyən iş görmək istəyib. Çin əvvəlcə bu yatağı inklişaf etdirəcəyinə vəd versə də, sonradan heç bir əməli iş görməyib və İran 2012-ci ildə niyyət razılaşmasını ləğv edib. 2014-cü ildə Qətər İrana Cənubi Pars yatağının inkişaf etdirilməsində dəstək vəd edib. Qətər nigaran idi ki, dünya gücləri ilə nüvə danışıqları aparan İran özünün qaz istehsalını artırmaq üçün imkan tapa bilər.
Əgər bu tələm-tələs bir şəkildə edilsəydi, bütün yatağın gələcəyi risk qarşısında qala bilərdi. Buna görə də Qətərə, böyük qonşusuna bu yatağı lazımi qaydalarla inkişaf etdirməkdə kömək etmək sərf edirdi. O vaxt “Qatar Petroleum” şirkətində olan bir mənbə Reuters-ə demişdi ki, İran nüvə sazişini imzalayanadan sonra “biz onlara məsləhət və texnologiyalar verə bilərik”. 2013-cü ildə İranda Həsən Ruhani prezident seçiləndə iki ölkə arasında qaz yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığa dair sazişlər imzalandı. Ruhaninin neft naziri Mohammad Javad Zanganeh o vaxt demişdi ki, İran və Qətər hasilatın artırılması naminə əməkdaşlığa meyllidir.
Çox güman ki, əməkdaşlıq təşəbbüsü İran tərəfindən gəlmişdi. Beləki, Ruhani öz ölkəsini boğucu sanskiyalardan qurtarmaq və qazıntı yanacağının hasilatını artırmaq istəyirdi. 2013-cü ilin dekabrında Qətərin enerji naziri “Reuters”-ə bildirmişdi ki, iki ölkə arasında təmas kanalları açılıb və birgə iş üçün komandalar yaradılıb. Əlbəttə, Qətərin bu işdə İrana nə qədər praktik fayda verə biləcəyi sual altında qalır. Qətərin özünün qaz texnologiyalarının çoxu iri neft şirkətlərinin mülkiyyətindədir. Şübhə yoxdur ki, Qətər İran və Körfəzin ərəb ölkələri arasında uzun müddət balanslı siyasət yürütməyə çalışırdı.
2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi hücuma və talana məruz qalanda Riyad İranla diplomatik əlaqələrini kəsmişdi. Başqa Körfəz ölkələri də Səudiyyə ilə həmrəylik naminə eyni addımı atmışdılar. Qətər İranla diplomatik əlaqələrini kəsən sonuncu ərəb ölkəsi olmuşdu.
Amma indi belə görünür ki, Qətərin Səudiyyə ilə münasibətləri soyumaqda davam edib, Tehranla isə əksinə münasibətlər yaxşılığında qalıb. Bu isə öz növbəsində İranın Yaxın Şərqdə, xüsusilə də Yəməndəki fəaliyyətinə qəzəbli olan Səudiyyənin səbir kasasını daşırıb.
O biri tərəfdən ABŞ prezidenti Donald Tramp özünün xarici siyasətinin az qala bir nömrəli hədəfi kimi İranı elan edib. Həmin ərəb-amerika sammitində Tramp ABŞ-ın əsas hədəfinin İŞİD və İran olduğunu açıqlamışdı. Bu məsələdə ABŞ-la Səudiyyənin maraqları tamamilə üst-üstə düşür. Lakin ola bilsin ki, Qətər ABŞ-ın indiki administrasiyasının İrana qarşı sərt siyasətinə dəstək verməyə meylli deyil.
Tramp administrasiyasının İrana qarşı hansı taktikaya əl atacağı hələ müəyyən deyil. Çünki Donald Tramp Rusiya ilə bağlı qalmaqala görə xarici siyasət vədlərini yerinə yetirmək istiqamətində hələlik çox irəliləyə bilməyib. Bununla belə Trampın məqsədi İranı yenidən təcrid etmək və nüvə razılaşmasının ləğvinə nail olmaq, habelə Tehrana qarşı xüsusi əməliyyatları yenidən başlatmaqdır. Trampın bu planlarına Fars körfəzində Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb ölkəsi dəstək verməyə hazırdır. Qətər isə nəhəng qaz yataqlarına dair ortaq maraqlara görə İranla tərəfdaşlığı kəsmək istəmir.
Qətər ətrafındakı böhranın gözlənildiyindən xeyli dərinə gedəcəyi mümkündür. Bu, Yaxın Şərqdə qüvvələr balansına, Rusiya kimi regionda son illər mövqelərini xeyli gücləndirməyə nail olmuş ölkənin planlarına ciddi təsir edə bilər. Qətərin özündə isə əhali təşvişə düşüb və ölkənin Səudiyyə ilə olan yeganə quru sərhədinin bağlandığını eşidən kimi supermarketlərə axın edərək ərzaq tədarükü görməyə başlayıb. Xəbərlərə görə Dohada ərzaq mağazalarının piştaxtalar sürətlə boşalır. Əhali Qətərin qonşuları tərəfindən uzunmüddətli blokayada alınacağından ehtiyat edir(Virtualaz.org).
MilliYol.Az
Digər xəbərlər
loading...