“Maşın” realiti şousu efirə yayımlanan ilk gündən qalmaqalları, müzakirələri ilə gündəmi zəbt edib
MilliYol.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iştirakçıların proqramda qeyri-etik ifadələrdən, təhqirlərdən istifadə etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tez müzakirələrə səbəb olub.
Onlar tanınmışların vulqar danışmasını, əsəblərini cilovlaya bilmədiklərini xüsusi qeyd edərək ulduzları tənqid atəşinə tutublar.
Buna Səidə Sultan-Pərvin Abıyeva, Təranə Qumral, Sərxan Kərəmoğlu, Kənan Mahmudov- Nadir Qafarzadə qalmaqallarını misal çəkə bilərik.
MTRŞ-nin Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov səs-küylü proqramdakı qalmaqallara münasibət bildirib:
“Bütün verilişlər tərəfimizdən monitorinq nəzarətindədir. O cümlədən “Maşın” şou... Bu şou artıq 10 ildən çoxdur ki, Azərbaycanın efir məkanındadır. Müxtəlif TV-lərin efirində yayımlanıb. Hər dəfə də müəyyən müzakirələr olub. Bu dəfə isə şou ətrafında xüsusilə müzakirələr aparılır. Bu isə əsasən sosial şəbəkələrin geniş yayılması ilə əlaqədardır. Tamaşaçılar şou ilə bağlı təəssüratlarını sosial şəbəkələr vasitəsilə çatdırırlar. Bu isə medianın da diqqətini çəkir. Bütün bunlar normaldır. Qeyd edim ki, realiti şou olduğu üçün burada baş verənlər dinamikliyi, canlılığı ilə diqqət cəlb eləyir. İştirakçılar arasında müəyyən gərginliklər olur. Bu isə realiti şounun xarakterindən irəli gəlir. Hələ ki, şou ilə bağlı ciddi problem yoxdur.
Realiti şoular bu gün dünya TV-lərin proqram setkalarında mühüm yer tutur. Lakin bununla yanaşı, hər bir verilişdə, şouda qanunvericiliyin tələblərinə, milli-mənəvi dəyərlərə riayət olunmalıdır. Maşın şou-da bir neçə dəfə iştirakçılar arasında müəyyən xoşagəlməz halların yaşandığı hiss olunsa da, efirdə qeyri -etik ifadələrin səslənməsi halına rast gəlinməyib. Bizim üçün, tamaşaçı üçün əsas odur ki, efirdə qeyri-etik ifadələr, səhnələr olmasın.
Dünənki buraxılışa gəldikdə, deyim ki, müəyyən vulqar ifadələr var idi, lakin həmin ifadələrin saat 23.00-dan sonraya təsadüf etdiyini nəzərə alsaq, bunu qanun pozuntusu olaraq qeydə almadıq. “Maşın” şounu, digər verilişlər kimi, qanunvericiliyin tələbləri prizmasından izləyirik, inanırıq ki, şou bitənədək ciddi qanun pozuntusuna yol verilməyəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...