İyun ayının 6-da “qara bazar”da dolların alışı nisbətən bahalaşıb
Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərin verdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6800 manatdan 1.6850 manata yüksəlib, satışı isə 1.6900 manat olaraq qalıb.
Bu, son bir neçə gündə “qara bazar”da dolların alışı ilə satışı arasında yaranan ikinci minimal fərqdir-0,5 qəpik. Belə ki, sonuncu dəfə belə spred iyun ayının 1-də qeydə alınmışdı. Adi qaydada isə “dollar alverçiləri” minimum 1 qəpik fərqlə alqı-satqı həyata keçirirlər. Sadəcə “qara bazar”dan dollar alanların azalması “dollar alverçi”lərini gəlirlərindən imtina etməyə məcbur edir. “Qara bazar”dan verilən məlumata görə, dollarla bağlı ajiotaj yarandığı ərəfədə bir vətəndaş 5-10 min manat dollar alırdısa, indi bu məbləğ 1500 dolları aşmır.
Dollarla yanaşı, avronun “qara bazar”da alışı bahalaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8800 manatdan 1.8900 manata yüksəlib, satışı isə 1.9000 manat olaraq qalıb. /Fins.az
MilliYol.Az
Digər xəbərlər
loading...