Nizaməddin Quliyev 4 ailənin yeganə qazanc mənbəyinə də göz dikib
Gununsesi.info-ya Goronboy rayonu Xoylu kəndində məskulaşan bir qrup Kəlbəcər köçkünü şikayət edib. Köçkünlərin şikayətinə səbəb isə Goronboyun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin onların 20 ildir ki, istifadələrində olan yaylaq sahəsini başqa bir imkanlı adama satması olub.
Kəlbəcər köçkünü Arif İbrahimovun sözlərinə görə, 4 ailənin yeganə dolanışıq yeri məhz heyvandarlıqdır: “Hər ailədə 4-5 nəfər yaşayır. Bizim başqa gəlirimiz yoxdur. Dəfələrlə eşitmişik ki, ölkə başçısı kənd təsərrüfatı və heyvandarlığın inkişafı barədə danışır, tapşırıqlar verir. Görünür, icra başçısı Nizaməddin Quliyev bunu sadə insanlara məxsus ərazinin başqalarına satılması kimi başa düşür”.
Köçkünlər deyir ki, 20 ildir istifadələrində olan otlaq sahəsinə gedə bilməsəllər heyvanları Aranda tələf olacaq: “Artıq havalar istiləşdikcə burada heyvanların otlaması mümkünsüzdür. Biz bu qanunsuzluqla bağlı dəfələrlə özünün qəbuluna getsək də bizi qəbul etməkdən imtina etdi. Buna görə də əlacsız qalıb Prezident Administrasiyasının Aqrar Məsələləri Şöbəsinin sədri cənab Azər Əmiraslanovun qəbuluna getdik. Orada isə bizi onun köməkçisi qəbul edərək, bildirdi ki, şikayətiniz araşdırlıcaq. Ancaq 10 gun keçməsinə baxmayaraq, heç bir xəbər yoxdur. Artıq bir neçə günə yaylağa çıxmalıyıq
MilliYol.Az
Digər xəbərlər
loading...