“Ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsi öz işləridir, Moskva bu məsələyə qarışmır”
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O deyib: “Dünyadakı bütün hadisələrin arxasında bizim dayandığımızdan şübhələnmələrinə baxmayaraq, sizi inandırıram ki, bu belə deyil”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.
MilliYol.Az
Digər xəbərlər
loading...