«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Çin Xalq Respublikası (ÇXR) arasında hərbi münaqişəni mümkün hesab edir
ABŞ Çinin iqtisadi inkişafını alqışlayır, amma iki ölkə arasında münaqişənin baş verə biləcəyini də istisna etmir. Bu barədə Pentaqonun başçısı Ceyms Mattis bəyan edib.
Xəbəri «Röyter» agentliyi yayıb.
«ABŞ və Çin arasında – dünyanın iki nəhəng iqtisadiyyatı arasında rəqabət qaçılmaz olduğu qədər, münaqişə də qaçılmaz deyil» – Mattis bildirib.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə-raket problemi üzrə ABŞ Pekinlə əməkdaşlığa can atsa da, Mattisin sözlərinə görə, Vaşinqton Cənubi-Çin dənizindəki vəziyyətlə bağlı proseslərdən kənarda qala bilməz. ABŞ sözügedən süni adacıqlarda (Cənubi-Çin dənizi) Çin silahlarının və ya digər hərbi obyektlərin yerləşdirilməsini yolverilməz hesab edir.
Pentaqonun başçısı həm də əmin edib ki, Birləşmiş Ştatlar bölgədə sabit vəziyyəti təmin etmək məqsədilə, Asiyada özünün hərbi iştirakını artıracaq. Pentaqon xüsusilə, «Asiya-Sakit okean bölgəsində sabitliyin qorunub saxlaması üçün bütün mümkün diplomatik səyləri göstərəcək».
«Biz, bu bölgəyə, o cümlədən, Yaponiyaya, Cənubi Koreyaya, İndoneziyaya, Avstraliyaya prioritet əhəmiyyət veririk. ABŞ hərbi-hava qüvvələri (HHQ) Cənubi-Çin dənizi hövzəsində döyüş aviasiyasının uçuşlarını və patrul fəaliyyətini həyata keçirəcək» – deyə, Mattis qeyd edib.
Məlumat üçün bildirək ki, mayın sonlarında Çin hakimiyyəti Cənubi-Çin dənizində «provokasiyalı təlimlər»in həyata keçirilməsinə son qoymağı ABŞ-dan tələb edib.
MilliYol.Az
Digər xəbərlər
loading...