Bu il Azərbaycanın ümumtəhsil məktəblərini 195 449 şagird bitirəcək
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.
2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.
Qeyd edək ki, Azərbaycanda cari tədris ili sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. İyunun 14-də orta məktəbi bitirən məzunlar üçün “son zəng” çalınacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...