Çinin iki bölgəsində maşın dayanacaqlarında qadınlar üçün xüsusi yer nəzərdə tutulub
370-ə yaxın dayanacaqda qadınların maşın saxlayacağı yer çəhrayı rəngdə boyanıb.
Yerli mətbuatın xəbərinə görə, qadınlar üçün ayrılan yer kişilərinkindən iki dəfə daha böyükdür. Yerli hakimiyyət qadınların həyatını yüngülləşdirmək üçün belə bir addım atdıqlarını açıqlayıblar. Layihənin rəhbəri Pan Çjujenin dediyinə görə, bu, şəhərdə özünü qlobal şəkildə göstərən dayanacaq probleminin qarşısını cüzi də olsa almaq məqsədi daşıyıb. Sözügedən çıxış yolu isə dayanacaqlardakı sistemsizlik və qaydasızlığın qarşısını almağa hesablanıb.
Bir çox hallarda maşınların uğursuz park edilməsi çirkli mənzərənin yaranmasına səbəb olur.
MilliYol.Az
Digər xəbərlər
loading...