Doha müvafiq qərarı əsassız adlandırıb
Daha iki ölkə Qətərlə diplomatik əlaqələri dayandırıb. Bunlar Liviya və Yəməndir.
APA-nın “lenta.ru”-ya istinadən verdiyi məlumata görə, Qətər dörd ərəb dövlətinin onunla əlaqələri kəsməyə dair qəbul etdikləri qərarı əsassız adlandırıb.
Qətər XİN-in məlumatında deyilir ki, Qətər hakimiyyəti Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreynin bu qərarına təəssüf edir. Bildirilir ki, “Qətər terrorçuluğa dəstək verir” kimi bəyanatlar əsassızdır.
Həmçinin əlavə edilib ki, ərəb dövlətlərin Qətərə qarşı qəbul etdiyi qərar Qətər vətəndaşlarının həyatına təsir etməyəcək.
Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya və Yəmən Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.
MilliYol.Az
Digər xəbərlər
loading...