Azərbaycan yoxsulluğun azaldılması və ictimai və sosial xidmətlərin genişləndirilməsi sahələrində yaxşı irəliləyiş əldə edib
MilliYol.Az xəbər verir ki, BMT-nin Bakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatının (BƏT) və BMT-nin Uşaq Fondunun (UNİCEF) mütəxəssislərindən ibarət missiya komandasının rəyində bildirilir.
Qeyd olunur ki, cari iqtisadi çətinliklərinə baxmayaraq - yoxsulluğun azaldılması və ictimai və sosial xidmətlətin genişləndirilməsi sahələrində yaxşı irəliləyiş əldə edib. Missiya komandası diqqəti xüsusilə həssas əhali qrupların ehtiyaclarına yönəlik addımlar, eləcə də enerji səmərəliliyi və bərpa olunan enerji texnologiyalarına sərmayələri artırmağa çağırıb.
Qeyd edək ki, 2015-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf üzrə sammitdə, Azərbaycan da digər BMT-yə üzv ölkələri ilə birlikdə, 2015-2030-cu illər üçün qlobal dayanıqlı inkişaf gündəliyini imzalayıb. Sammit zəngin və yoxsul ölkələrdə yoxsulluğun və bərabərsizliyin azaldılması, eləcə də istixana qaz emissiyalarının və planetimizin ekositeminin qorunması üçün sərmayələri hesablamaq üçün hal-hazırda istifadə olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini təsdiq etmişdir.
Ölkələrə bü gündəliyi reallaşdırmaq, milli inkişaf siyasətlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmaq, eləcə də dayanıqlı inkişaf istiqamətində irəliləyişi sürətləndirmək üçün BMT ölkələrə mütəxəssislərdən ibarət missiyalar göndərir. Azərbaycan belə bir missiyaya ev sahibliyi edən ilk ölkələrdən biridir.
BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi, cənab Qulam İshaqzaiyə görə, "Azərbaycanın belə bir missiyaya ev sahibliyi edən ilk ölkələrdən olması, ölkə hökümətinin qlobal inkişaf gündəliyinə öhdəçiliyinin layiqli göstəricisidir: "Bu həm də dayanıqlı inkişaf prinsiplərinin təcrübədə istifadəsində Azərbaycanın liderliyini göstərir".
BMTİP-in Regional Bürosunun Avropa və MDB ölkələri üzrə baş müşaviri və missiya komandası lideri Ben Slay qeyd edib ki, Azərbaycan xüsusilə neft gəlirləri dövründə yoxsulluğun və sosial məhrumiyyətin azaldılmasında ciddi irəliləyiş əldə edib. Qarşıda duran çətinlik bu tərəqqini aşağı neft qiymətləri dövründə də davam etdirmək, ölkənin təbii kapitalını azaltmaq əvəzinə ona daha çox sərmayə yatırmaqla yeni iş yerləri yaratmaqdır. Külək və günəş enerjisi texnologiyalarına, həmçinin enerji səmərəliyinə artan investisiyalar, ölkədə yeni yaşıl iş yerləri yaradaraq Azərbaycanın xaricə neft ixracını genişləndirə bilər.
Bir həftəlik səfər ərzində BMT-in mütəxəssisləri heyəti hökümət rəsmiləri, eləcə də Azərbaycanda vətəndaş cəmiyyəti və mühüm beyin mərkəzləri nümayəndələri ilə də görüşlər keçirib. Missiyanın müşahidələrindən ibarət hesabatı gələn həftələrdə işıq üzü görəcək.
AzMedia.info
Digər xəbərlər
loading...