Dağlıq Qarabağ münaqişəsinin yenidən başlaması ehtimalında münaqişəyə Rusiya və Türkiyə də qoşula bilər
Avropa.info xəbər verir ki, bu barədə Karneqi Fondunun analitikləri Yevgeni Rumer, Riçard Sokolski və Pol Stronskinin hazırladığı “ABŞ-ın Cənubi Qafqaz siyasəti” hesabatında deyilir.
“Regionda baş verən böyük geosiyasi dəyişikliklər fonunda hər üç Cənubi Qafqaz ölkəsi fərqli xarici siyasət strategiyası izləyir. Gürcüstan bacardıqca Rusiyadan məsafə saxlamağa çalışaraq avroatlantik inteqrasiya yolunda möhkəm şəkildə dayanır. Ermənistan hər iki düşərgə ilə: Rusiya və Qərbə istiqamətlənmiş münasibətlər qurmağa çalışır. Öz növbəsində Azərbaycan Rusiya və Qərbi məsafədə saxlamağa çalışır”.
O ki qaldı dondurulmuş münaqişələrə onlardan hər hansı birinin qarşısının alınması ABŞ-ın Cənubi Qafqaz siyasətinin əsas prioritetlərindən biri olaraq qalmalıdır. Ekspertlərin fikrinə görə, Azərbaycan və Ermənistan arasında olan hərbi münaqişənin keçən il qısa müddətə yenidən alovlanması regionda stabilliyə və ABŞ-ın maraqlarına təhdid yarada biləcək təhlükəni ortaya çıxardı. Məhz bu üzdən münaqişənin qarşısının alınması ABŞ diplomatlarının regiondakı prioritetləri siyahısında ən başda yer tutmalıdır.
“Hərbi əməliyyatlar yenidən başlarsa, Rusiya və Türkiyə onların Ermənistan və Azərbaycanla olan münasibətlərindən dolayı bilavasitə münaqişədə iştirak edə bilərlər. Münaqişənin gedişindən asılı olaraq, İran həmçinin onun iştirakçısı ola bilər. Münaqişə həmçinin Türkiyədən fərqli maraqlar izləyən İran və Rusiya üçün ikinci Suriya hərbi əməliyyatlar teatrı ola bilər” – hesabatda belə deyilir.
Analitiklər belə nəticəyə gəlirlər ki, Vaşinqton hər üç Cənubi Qafqaz ölkəsinin daxili transformasiyasını və beynəlxalq ictimaiyyətə inteqrasiyasını dəstəkləyərək onlarla aktiv şəkildə qarşılıqlı münasibət saxlamalıdır.
ABŞ-ın regionun transformasiyası ilə bağlı əvvəllər etdiyi cəhdlər ümidləri doğrultmadı və dəyişikliklər etməyə cəhd olunarsa, çətin ki, uğurlu olar.
“Asta və dayanıqlı vədlər əvvəlki kimi Cənubi Qafqaz ölkələrinin ABŞ-ın regiondakı maraqlarına cavab verir” – hesabatda belə deyilir.
MilliYol.Az
Digər xəbərlər
loading...