Sankt-Peterburq hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı kriminal avtoritet Cabir Həsənovun qətlinin təşkilatçısını saxlayıblar
"Report" xəbər verir ki, həmin şəxs mayın 31-də nəzarət altına alınıb və dindirilib. Cinayəti törədən şəxs də müəyyənləşib və o, beynəlxalq axtarışa verilib.
Onların adları hələlik açıqlanmır.
Polisin məlumatına görə, təşkilatçı icraçını VAZ avtomobili ilə təmin edib və ona 150 min rubla odlu silah satıb, eləcə də iki mobil telefon verib.
Qatil C.Həsənovu Lenin prospektində yaxalayıb, bir neçə dəfə atəş açdıqdan sonra hadisə yerindən qaçıb. O, tanıdığı sürücüyə 250 min dollar ödəyərək Minsk aeroportuna gedib və oradan Bakıya uçub.
Xatırladaq ki, aprelin 28-də Azərbaycan vətəndaşı olan 1975-ci il təvəllüdlü tanınmış kriminal avtoritet Cabir Həsənov Sankt-Peterburqda küçənin ortasında qətlə yetirilib.
KİV-in məlumatına görə, mərhum C.Həsənov daha çox "Lotu Quli" kimi tanınan "qanuni oğru" Nadir Səlifova yaxın adamlardan olub. Onun 2016-cı ilin avqustunda İstanbulda öldürülən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətlində əli olduğu ehtimal edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...