Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Beyləqan rayonunda fəaliyyət göstərən DSMF şöbəsində bir sıra ciddi nöqsanlar mövcud olduğundan rayon camaatı sözügedən idarənin rəhbərindən narazıdırlar. Qeyd olunur ki, DSMF-nin Beyləqan rayon şöbəsinin müdiri (birləmiş idarənin) Anar Vəliyev işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurlar.
Anar Vəliyevin rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, haqlı-haqsız onlardan nələrsə istənildiyini qeyd edən şikayətçilər iddia edirlər ki, artıq oğuzlular DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər: “Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq DSMF Beyləqan rayon şöbəsində adi hal alıb. Şöbənin müdiri (birləşmiş idarənin) Anar Vəliyevin maraqlarını təmin etmək, məqsədini reallaşdırmaqdan ötrü nazir Səlim Müslümovun və digər vəzifəli şəxslərin adından da istifadə etməkdən çəkinmir”.
Beyləqan rayonunda təqaüdlərin bəzi yollarla artırılmasına tez-tez rast gəlindiyini deyən rayon camaatının bildirdiyinə görə, şöbə müdiri özü birbaşa heç kimlə təmasda olmasa da, bu işi onun tabeçiliyində çalışan bəzi şəxslər həyata keçirirlər: “Heç şübhəsiz ki, təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Lakin görünür, bu, Anar Vəliyevi zərrə qədər də olsun maraqlandırmır. Əks halda DSMF Beyləqan şöbəsində heç kim “staj” artırmaqla məşğul olmazdı. Nəzərinizə çatdıraq ki, artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsi tərəfindən irəli sürülən “şərt”lərə əməl etmək kifayətdir. Əminliklə deyə bilərik ki, əgər müvafiq dövlət orqanları tərəfindən Şirin Valehovun rəhbərlik etdiyi şöbənin fəaliyyəti yoxlanılarsa, o zaman bir sıra mətləblərin üstü açılar, kimlərin nə vaxt hansı əməllərə yol verdikləri hər kəsə bəlli olar”.
Şikayətçilərin sözlərinə görə, rayonda ali savadlı, peşəkar kadrlar ixtisasları üzrə iş tapa bilməsələr də DSMF-nin Beyləqan rayon şöbəsinin müdiri Anar Vəliyevin yaxın adamları bacarığı oldu-olmadı müxtəlif nüfuzlu işlərlə təmin olunublar: “Anar Vəliyev camaatın problemlərini həll etmək əvəzinə əhali üçün yeni-yeni qayğılar yaradır. Lakin bütün bunlara baxmayaraq, nədənsə heç kim ona irad tutmur, yol verdiyi nöqsanlara reaksiya vermir”.
Anar Vəliyevin Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyində təmsil olunan bəzi şəxslər tərəfindən himayə olunduğunu vurğulayan rayon sakinləri şöbə müdirinin bəzi əməllərinin ört-basdır edildiyini bildirirlər: “Əmək və Əhalinin Sosial Nazirliyi rəhbərliyində Beyləqan DSMF şöbəsində baş verən qaranlıq maxinasiyaları ört-basdır edənlər var. Deyilənə görə Anar Vəliyevin arxasında hazırda nazir Səlim Müslümovun sürücüsü dayanır. Rayon sakinlərinin göndərdikləri məlumatlarda həmçinin qeyd edilir ki, Anar Vəliyevin əsas gəlirlərindən biridə Beyləqan rayonunda fəaliyyət göstərən şadlıq evləri, ticarət mağazaları və kiçik tipli obyektlərdən qazandığı pullardı. Həmin ilginc məlumatları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
Mənbə: nia.az
Digər xəbərlər
loading...