Rusiya prezidenti Vladimir Putin ötən gün bəyan edib ki, “patriot hakerlər” ABŞ seçkilərinə müdaxilət etmiş ola bilər
Putin eyni zamanda vurğulayıb ki, onların heç birinin fəaliyyəti dövlət tərəfindən dəstəklənməyib.
İlk dəfədir Rusiya lideri qəbul edir ki, hər hansı bir seçkilərə müdaxilə onun ölkəsinə məxsus hakerlərin hücumuna məruz qala bilər. Putin Sankt-Peterburqda keçirilən iqtisadi forumda jurnalistlərə verdiyi müsahibədə hakerləri Rusiyanın maraqlarının təhlükədə olduğunu hiss edən “rəssam”lara bənzətdiyini deyib.
“Rəssamlar” ölkələrinin adından hərəkət edə bilərlər, onlar yaxşı əhvalda oyanır və cizgilər çizməyə başlayır. Eynilə hakerlər də bu gün oyanıb və dövlətlərarası əlaqələrlə bağlı nəsə oxuyublar” – Putin bildirib.
“Əgər onlar patrioutdurlarsa bunu yaxşı şeyə döndərirlər və ölkələrinin maraqlarına zidd olan bir şey olanda ona qarşı mübarizə aparırlar” – Putin deyib.
Rusiya isə dönə-dönə bəyan etmişdi ki, ABŞ prezident seçkilərinə müdaxilə hər hansı müdaxiləyə cəhd belə olmayıb. Məsələ ilə bağlı mart ayında Putinə sual veriləndə o, “dodaqlarımı oxuyun: Xeyr” demişdi. Həmçinin Putin iddiaları “fiksiya, illuziya, provokasiya və yalan” adlandırmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...