BP şirkətinin əməliyyatçısı olduğu layihələr vasitəsilə BP və tərəfdaşları tərəfindən Azərbaycana təxminən 66 mlrd. ABŞ dolları investisiya qoyulub
Bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından bu günə qədər 3 mlrd. bareldən artıq neft hasil edilib: "Ötən 12 il ərzində biz AÇG yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edib Azərbaycana təhvil verilib”.
O bildirib ki, 2006-cı ilin sonundan etibarən “Şahdəniz” layihəsi regional bazarlara 80 mlrd. kubmetrdən artıq qaz nəql edib: “Bakı-Tbilisi-Ceyhan (BTTC) boru kəməri vasitəsilə 360 mln. tondan artıq, yəni 2,7 mlrd. bareldən çox xam neft nəql edilərək 3550-dən artıq tankerə yüklənib və neft bazalarına göndərilib".
BP şirkəti bu vaxta qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollara yaxın vəsait ayırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...