Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Katibliyinin rəisi təyin olunub.
MilliYol.Az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncamla Katibliyin rəisi Altay Həsənov təyin edilib.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidenti olan Altay Həsənov 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.
1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib. 1983-1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib. 1984-1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib.
1986-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olub. 1989-cu ildə “Xəzər”jurnalının nəşriyyat kollegiyasında işləyib.
1990-2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidentidir.
Bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri (2003, 2004 və 2005-ci illərdə), həmçinin Dünya Çempionatı (2005-ci il) və Avropa Çempionatlarının keçirilməsi üzrə yaradılmış (2007, 2009, 2014-cü illərdə) Yerli Təşkilat Komitələrinin Vitse-prezidenti vəzifəsini icra etmişdir. Bundan əlavə, 2014-cü ilin Avropa Çempionatında bilavasitə yarışlar zamanı Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü olmuşdur.
2015-ci il 29 iyun tarixində Prezident İlham Əliyev tərəfindən Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə, “Şöhrət” ordeni ilə təltif edilib.
Evlidir, bir qızı, iki nəvəsi var.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...