Qazaxıstanın Şımkənt şəhərindən olan biznesmen Toxtar Tuleçov hakimiyyəti devirməyə çalışıb. Bu barədə Qazaxıstan Milli Təhlükəsizik Komitəsinin mətbuat xidmətinin rəhbəri Ruslan Karasev bildirib.
Məlumata əsasən Toxtar Cusipoviç Tuleşov bu ilin yanvarın 30-da Şımkəndə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, “Şimkəndpivo” pivə zavodunun rəhbəri olub.
“Tuleşov daha əvvəl hazırlıq işləri, ötən ildən etibarən isə zorakı yolla hakimiyyəti ələ keçirmək üçün konkret addımlar atıb. O, ölkənin müxtəlif zonalarında gərginlik ocaqları yaradaraq, etiraz aksiyaları və kütləvi qarşıdurmaların fonunda alternativ hökumət yaratmağı və bununla da hazırkı hakimiyyətin strukturunu dəyişməyi planlaşdırıb”, - deyə Karasev Astanada keçirilən brifinqdə bildirib. (Azvision.az)
MilliYol.Az
Digər xəbərlər
loading...