Bu gün Azərbaycan Dillər Universitetinin Elmi Şurasının konfransı keçirilib
Musavat.com-un məlumatına görə, konfransda Elmi Şuranın üzvləri və təhsil nazirliyinin nümayəndəsi Yaqub Piriyev iştirak edib.
Şuranın açılışını rektor Əfqan Abdullayev edib. O bildirib ki, tələbələrin haqlı iradları nəzərə alınıb və onlara iki variant təklif olunub. Onlar həm test üsulu ilə imtahan verməyi, həm də hesabat işi yazmağı seçə bilərlər.
Qeyd edək ki, may ayının 30-da ADU tələbələri etiraz aksiyası keçirərək, dövlət imtahanın ləğv olunmasını tələb ediblər.
Etiraz aksiyasında təxminən 200-300 tələbə iştirak edib. Məsələnin həlli üçün təhsil naziri Mikayıl Cabbarov öz müavini Ceyhun Bayramovu hadisə yerinə göndərib. C.Bayramov etirazçı tələbələri universitetin konfrans zalına dəvət edib. Tələbələr isə media nümayəndələrinin də konfrans zalına buraxılması şərti ilə dəvəti qəbul ediblər. Görüşdə C.Bayramov tələbələrin şikayətini dinlədikdən sonra alınan qərarın Elmi Şurasının konfransında açıqlanacağını bildirib.
Xatırladaq ki, ADU-nun keçmiş rektoru Səməd Seyidovun ləğv etdiyi dövlət imtahanını bu il hazırki rektor Əfqan Abdullayev bərpa edib. Dördüncü kurs tələbələri isə iddia edir ki, onlar universitetə qəbul olduqları zaman imzalanan müqavilədə dövlət imtahanı olmayıb. Ə.Abdullayev isə bu qərarın Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini bildirir.
May ayının 26-da pedaqoji təcrübənin yekunlaşması ilə bağlı keçirilən konfransda dördüncü kurs tələbəsi ilə rektor arasında gərginlik yaşanmıdı. Həmin hadisə böyük ajiotaja səbəb olmuşdu.
MilliYol.Az
Digər xəbərlər
loading...