Mayın 31-də Bakıda 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransı, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisi açılıb.
MilliYol.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edirlər.
"Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır". Bunu İlham Əliyev Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Hörmətli xanımlar və cənablar. Əziz dostlar. Mən sizin hamınızı ürəkdən salamlayıram. Xəzər Neft və Qaz sərgisinin açılışı münasibətilə sizi təbrik edirəm.
Bu sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir. Artıq ölkəmizdə 24-cü sərgi keçirilir. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır".
İlham Əliyev vurğulayıb ki, sərgiyə maraq azalmır, əksinə, artır: "Burada qeyd olundu ki, 300-ə yaxın şirkət bu sərgidə iştirak edir. Tam əminəm ki, builki sərgi də uğurlu olacaqdır. Amma əlbəttə ki, birinci sərginin keçirilməsi ölkəmizi dünyada tanıtdırmaq üçün xüsusi rol oynamışdır. Çünki o vaxt Azərbaycanı tanımırdılar, Azərbaycan gənc, müstəqil dövlət idi. Ölkəmizdə kifayət qədər çox problemlər var idi və ölkəmizin neft-qaz potensialını dünyaya təqdim etmək üçün sərginin əvəzolunmaz rolu olmuşdur. Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycanla 24 ildir ki, əməkdaşlıq edirlər, ölkəmizin inkişafına böyük töhfələr verirlər.
1-ci sərgi isə Azərbaycanı dünyaya böyük potensialı olan ölkə kimi təqdim etmək üçün xüsusi məna daşıyırdı. O vaxtdan bu günə qədər Azərbaycan neft-qaz sahəsində xarici investorlarla çox uğurlu əməkdaşlıq qura bilib".
MilliYol.Az
Digər xəbərlər
loading...