"Müəllimlərin Diaqnostik imtahan nəticələrinə görə vəzifəsindən azad edilməsi mümkün deyil. Buna Əmək Məcəlləsi imkan vermir".
MilliYol.Az xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Onun sözlərinə görə, diaqnostik qiymətləndirmə attestasiya imtahanı olmadığı üçün müəllimlərin işdən azad edilməsi düzgün deyil. Ekspert bunun səbələrini açıqlayıb:
"Birincisi, ona görə ki, Diaqnostik qiymətləndirmə imtahanı attestasiya imtahanı deyil.
İkincisi, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları var.
Üçüncüsü, müəllimlərin müqaviləsinə xitam verilsə, bunun təminatları var.
Dördüncüsü, bu illər ərzində onların fəaliyyətinə şərait yaradan şəxslər də vəzifəsindən azad edilməlidir.
Beşincisi, o müəllimləri təkmilləşdirilmə kurslarına cəlb etmək və sonra yenidən imtahan etmək olar. Əgər yenədə nəticə zəif olsa, onda hansısa tədbir keçirmək olar.
Altıncısı, o müəllimlər Həmkarlar İttifaqlarının üzvüdür və buna görə hər ay üzvlük haqqı ödəyirlər. Onları birbaşa azad etmək mümkün deyil.
Yeddincisi, həqiqət odur ki, nəticəsi az olan müəllimlərə çox dərs vermək olmaz. Lakin imkan verək ki, təkmilləşsinlər.
Hətta uzun müddət idmanla məşğul olan idmançı da bir müsabiqədə uğur əldə edə bilmir".
MilliYol.Az
Digər xəbərlər
loading...