İldırım vuran hər 10 adamdan 9-u həyatına davam edir. Bəs ildırım vurması bədənə necə təsir edir və ildırım vurma ehtimalı nə qədər böyükdür?
Bu zaman saniyədə 100 min kilometr sürətlə hərəkət edən 200 milyon volta yaxın elektrik cərəyanı meydana gəlir.
Ceymi Santana 2016-cı ilin aprelində ABŞ-ın Arizona ştatında dostları ilə birgə çöldə at minərkən hava birdən-birə pisləşib və evinə çatarkən onu ildırım vurub. Özünə gəldiyində yerdə üzü üstə yatmış vəziyyətdə olduğunu, atının isə öldüyünü və qurumuş vəziyyətdə olduğunu görür. Yoldaşları isə Ceyminin sinəsindən alov çıxdığını görüb təcili yardım çağırırlar. Həkim müdaxiləsindən sonra onu xilas etmək mümkün olur. Maraqlısı odur ki, at öldüyü halda Ceymi necə sağ qalır?
Araşdırmaçılar bunu 700 kiloqrama yaxın atın bütün elektrik cərəyanını özünə çəkməsi və həkimlərin vaxt itirmədən ona müdaxilə etməsi ilə əlaqələndirirlər.
Yenə Arizonada 3 il öncə Castin Qauqer adlı şəxsi ildırım vurur. Avqust ayında balıq tutarkən birdən-birə fırtına qopur və dolu yağmağa başlayır. İldırım vurması anını xatırlyan Castin belə deyir:
"Çox böyük ağrı idi. Bütün bədənim dayandı, tərpənə bilmədim. Vücudumu ağ bir işıq qucaqlamışdı, sanki köpüklər içində idim. Hər şeyi ağırlaşdırılmış çəkilişlə görürdüm".
Casitinin köməyinə gələnlər də bədəninin yandığını görüblər. O, yanıqların bədəninin üçdə birini örtdüyünü deyib.
Çikaqoda təcili yardımda çalışmış təqaüdçü həkim Meri Ann Kuper ildırım vurması ilə bağlı araşdırmalar aparır. İldırım vurmasından sağ çıxanların çərəyanın vücuda girdiyi və çıxdığı yerləri göstərmələrinə baxmayaraq bunu təyin etməyin mümkün olmadığını söyləyən Kuper ildırımın geyimlərə, cibdəki xırda pul və zinət əşyalarına görə fərqli iz buraxdığını bildirib.
26 ölkədə aparılan araşdırmalara görə, ildə 4000 adam bu səbəbdən həyatını ititrir. Lakin Mərkəzi Afrikaya aid nəticələr hələlik hesablanmayıb. İldırım vuran insanların 90 faizi həyatda qalsa da, bunlar ürək dayanması, yaddaş problemi, yuxusuzluq, baş gicəllənməsi, şəxsiyyət dəyişikliyi və xroniki ağrılar kimi bir çox problemlərlə qarşı-qarşıya qalırlar.
Kuper ildırım vurmasından sonra şəxsiyyət dəyişikliyi və depressiyaya düşmənin geniş şəkildə yayıldığını qeyd edib.
1969-cu ildə ildırım vurmasına məruz qalan Stiv Marşbörn Şimali Karolinada elektrik cərəyanına məruz qalanlara yardım etmək üçün bir dərnək yaradıb. Dərnəyin mindən çox üzvü var. Marşbörn bu günə qədər 22 intihara cəhdin qarşısını aldıqlarını bildirib. Kuper də onların işini yaxından izləyir, lakin xəstələrin nə üçün problem yaşadıqlarının səbəbini tapmaqda çətinlik çəkdiyini qeyd edib. Məsələn, nə üçün bəzilərinin depressiyaya düşərkən, digərlərinin ürək problemi ilə qarşılaşdıqlarını bilmədiyini dilə gətirib.
Castin ildırım vurmasından bir neçə saat sonra iflic vəziyyətinin keçdiyini, lakin travmadan sonra sözlərin beynində uçduğunu bildirib.
İldırım vurması zamanı çox qısa bir anda vücuddan elektrik cərəyanı keçir. Amma bu səthi bir prosesdir. Yüksək gərginlikli cərəyan şiddətinə məruz qaldıqda isə bu axın daha uzun müddət davam etdiyindən bədəndə dərin yanıq izləri buraxma və daxili orqanlara zərərvermə riski yüksək olur.
Kuper səthi yanıqlara bədəndəki mayenin səbəb olduğunu bildirib:
"Dəri üzərindəki tər və ya yağış suyu elektriklə təmas etdiyi zaman həmin maye buxarlanır və az miqdardan belə buxar partlaması meydana gəlir. Bu vəziyyətdə geyimlər və ayaqqabılar belə parçalana bilər".
İldırım vurması təyyarədə də eyni təsiri göstərir
ABŞ-da ildırım vurma ehtimalının 80 yaşlı biri üçün 13 mində bir olduğunu qeyd ediblər. İldırım vurmasını araşdıranlar onun birbaşa olduğunun nadir halda rastlandığını və ildırımdan yaralananlar arasında bunun 3 və 5 faiz olduğunu bildiriblər. Hadisələrin yaxınlıqdakı ağac və elektrik dirəyi vasitəsilə baş verdiyi və ona ən yaxın şəxslərin təsirləndiyi deyilir. Yaralananların 20-30 faizinin bu şəkildə gerçəkləşdiyi məlum olub. Lakin, ən böyük faiz kimi yerdəki elektrik cərəyanının olması göstərilir. Ceymini müayinə edən cərrah Sidney Veil onun xəstəxanaya gətirilərkən ürək döyüntülərinin qeyri-normal olduğunu, beyin qanaması keçirdiyini, ağ ciyərlərində əzilmə müşahidə edildiyini və daxili orqanlarının zədələndiyini bildirib. Beş aydan sonra evinə göndərilən Ceymi reabilitasiyasını davam etdirir, hələ yeriyə bilməsə də, bəzi sinirləri öz funksiyasını davam etdirdiyi üçün ümidini itrmədiyini deyib.
BBC-nin məlumatları əsasında
MilliYol.Az
Digər xəbərlər
loading...