"Dağlıq Qarabağ münaqişəsinin indiki dönəmdə həlli Ermənistan hakimiyyətinə sərf etmir".
Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, parlament seçkiləri nəticəsində Ermənistanda hakimiyyəti müharibə partiyası zəbt etdikdən sonra münaqişənin həlli istiqamətində hər hansı müsbət addımın atılmayacağı gözlənilən idi:
“Dağlıq Qarabağ münaqişəsinin indiki dönəmdə həlli Ermənistan hakimiyyətinə sərf etmir. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli Sərkisyanın siyasi, hətta fiziki məhvinə gətirib çıxaracaq. İndi də “Artsax”ın respublika kimi tanınması üçün infrastrukturların artırılması, hətta Xankəndidən Şuşaya təyyarə uçuşu, turizm potensialının artırılmasına cəhd edirlər, guya bunlar “müstəqiliyə” doğru atılan addımlardır. Son təxribatlar ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinin nəticəsidir. ATƏT diplomatik bəyanatlardan kənara çıxmır. Azərbaycanın hava məkanı pozulur, beynəlxalq təşkilatlar susur. Bu isə regionda yeni müharibəni körükləyir”.
Politoloq bu fonda Ermənistan Prezidenti Serj Sərkisyanın generallarla məxfi görüşünə də toxunub:
“Görünür, Sərksiyan cəbhədə hökm sürən vəziyyətin lokal müharibələrlə nəticələnə biləcəyini nəzərə alaraq, ordu ilə müvafiq görüşlərə başlayıb və bu istiqamətdə danışıqlar aparıb. Sərkisyanının generallarla görüşünün məxfi saxlanılmasına baxmayaraq, əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi olduğu şübhəsizdir”.
MilliYol.Az
Digər xəbərlər
loading...