“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin ikinci oxunuşunun parlamentin yaz deyil, payız sessiyasında müzakirə ediləcəyi gözlənilir
Parlamentdən Modern.az-a verilən məlumata görə, hazırda qanun layihəsinin üzərində iş aparılır.
Məlumata görə, qanun layihəsində olan bəzi məqamlar yumşaldılacaq. Qanun layihəsinə xeyli dəyişikliklər ediləcək.
Qeyd edək ki, “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” parlamentin mayın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Müzakirələr zamanı parlamentin spikeri Oqtay Əsədov və bir neçə deputat qanun layihəsinin bəzi məqamları ilə razılaşmadıqlarını bildirblər.
Milli Məclisin yaz sessiyasının son iclası mayın 31-də keçiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...