Hesabalama Palatası Vilyam Hacıyevin ən yaxın adamı olan Ramiz Əmirovun qanunsuzluqlarını ifşa etdi
İmişli Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov həbs oluna bilər. Bu barədə MilliYol.Az-a rayondakı mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki, haqqında ən çox şikayət edilən şöbələrdən biri olan İmişli Təhsil Şöbəsində bir müddət əvvəl Hesabalama Palatası yoxlamalar aparıb. Yoxlamalar nəticəsində çox ciddi qanun pozuntuları aşkarlanıb. Məlumata görə, Hesabalama Palatası artıq bu barədə aidiyyatı orqanlara məlumat verib. Yaxın günlərdə Ramiz Əmirova cinayət işi açıla bilər.
Mənbə bildirir ki, Ramiz Əmirov şöbəyə tikinti, inventarların, kompyuter və digər maşın avadanlıqlarının alınması üçün dövlət büdcəsindən ayrılmış pulları mənimsəyib. Amma təbii ki, o, bu qədər pulu təkbaşına yeyə bilməzdi. Mənbə bildirir ki, Ramiz Əmirov İmişli İcra Hakimyyətinin başçısı Vilyam Hacıyevin ən yaxın adamlarından biridi. Elə bütün qanunsuzluqları da icra başçısının tapşırığı əsasında və onun himayəsi altında həyata keçirib.
Mənbənin sözlərinə görə, Vilyam Hacıyev indi adamını xilas etməyə və Hesabalama Palatasının apardığı yoxlamaların nəticələrini gizlətməyə çalışır. Mənbə həmçinin qeyd edir ki, Vilyam Hacıyev Ramiz Əmirovu yarıyolda da qoya bilər. Əgər icra başçısı bu məsələyə görə başının ağrıyacağını anlasa, ən yaxın adamını qurban verəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
MilliYol.Az
Digər xəbərlər
loading...