İDDİA: İcra başçısının kabinetində qadınlar saçyoldusuna çıxıb
Vidadi İsayev oğluna 100 minlik obyekt tikdirib, pulunu məmurlardan yığıb
Vidadi İsayev oğluna 100 minlik obyekt tikdirib, pulunu məmurlardan yığıb
Bərdə ölkədə ən çox şikayətlərin olduğu rayonlardan biridir. Vidadi İsayevin başçılıq etdiyi rayonda sosial-iqtisadi problemlər, məmurz özbaşınalığı baş alıb gedir, rüşvətxorluq, korrupsiya pik həddə çatıb. Bu azmış kimi, bir də icra başçısının adamları arasında münasibətlər gərginləşib.
MilliYol.Az xəbər verir ki, icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya ilə Vidadi İsayevin digər yaxın adamı, hazırda icra hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov arasında ciddi problemlər var. Mənbə iddia edir ki, gərginlik artıq pik həddə çatıb və Vidadi İsayevin vəziyyəti düzəltmək üçün atdıtı bütün addımlar boşa çıxır. Vəziyyət o yerə çatıb ki, Fəqət Şadlinskaya ilə Zaur Bəylərovun qaynansı arasında saçyoldu düşüb. Özü də bu hadisə Vidadi İsayevin kabinetində baş verib. Ətrafdakıların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Mənbə bildirir ki, iki vəzifəli şəxs arasındakı gərginliyin onların gəlir sahələrini aralarında bölə bilməmələridir. Fəqət Şadlinskaya icra başçısı ilə yaxınlığı Zaur Bəylərovun bir neçə gəlirli sahəni itirməsi ilə nəticələnib ki, bu da tərəflərin "müharibə" elan etməsinə səbəb olub.
Ümumiyyətlə Bərdədə vəziyyət günü-gündən gərginləşir. Rayondakı mənbələrin verdiyi məlumata görə, Vidadi İsayev bütün üksək vzifələrə ətraf rayonlardan gətirdiyi, həmçinin Bərdədəki yaxın adamlarını yerləşdirib. Buna misal olaraq İskəndər İsmayılovu, Çingiz Bünyatovu, Əli Fərzəliyevi, Natiq Səfərovu, Mübariz Səttarovu, Fərid Fərzəliyevi, Nazimi Şirinov, Raquf Məmtiyevu, Rauf Pənahovu, Vilayət Zamanovu, Təbib Cəfərovu, Yaşar Şirinov, Sürəddin Rüstəmovu göstərə bilərik. Adıçəkilən şəxslərin əksəriyyəti başqa rayonlardan gətirilib və icra başçısı tərəfindən vəzifəyə yerləşdirilib.
Mənbə bildirir ki, icra başçısı dövlət büdcəsini "Təchizat BCS" MMC adlı şirkət vasitəsi ilə həyata keçirir. Vidadi İsayevin özünə məxsus olan bu şirkət Bərdədəki bütün dövlət tenderlərini məhz bu şirkət "qazanır". Bir sözlə başçı dövlətin ayırdığı vəsaitləri bu şirkətin əli ilə "silir".
Bərdəlilər icra başçısının özü ilə yanaşı, oğlundan da narazıdı. Yüzminlərlə manat dəyəri olan avtomobillərdə gəzən, günü kef məclislərində keçən Vidadi İsayevin oğlu özünü rayonun sahibi kimi aparır. Məlumatlı mənbələr bildirir ki, bütün məmurlar kiçik İsayevdən çəkinir. Çünki onun atasına bir şikayəti bəsdir ki, həmin məmur vəzifəsini itirsin. Mənbələr bildirir ki, icra başçısı bir neçə ilə əvvəl oğlu üçün rayonda Heydər Əliyev parkında dəəri 100 min manat olan "Ana və Uşaq" kafesini inşa etdirib. Özü də tikinti məmurlardan yığılan pullar hesabına həyata keçirilib. Bildirilir ki, Vidadi İsayev idarə və müəsisə rəhbərlərindən tikinti üçün konkret pul tələb edib. Bütün məmurlar onun bu tələbini yerinə yetirib.
Yeri gəlmişkən, adıçəkilən parkın tikintisi də məmurlardan yığılan pullar hesabına reallaşıb. Dövlət büdcəsindən tikinti üçün ayrılan pullar mənimsəlinib, əvəzində məmurların boynuna "haqq" qoyulub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
MilliYol.Az
Digər xəbərlər
loading...