Türkiyənin baş naziri Binəli Yıldırım 300 millət vəkilinin səsi ilə AKP-nin parlament fraksiyasının sədri seçilib
Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP-nin sədri seçilməsindən sonra nizamnaməyə uyğun olaraq bir dəyişiklik edilib.
Ərdoğan partiyanın sədri oldu, ancaq o millət vəkili olmadığı üçün partiyanın parlament fraksiyasına yeni sədr seçilməsi lazım idi.
Siyasi Partiyalar Qanununun 26-cı maddəsinə görə partiyanın sədri millət vəkili olsa o həm də parlament fraksiyasının sədri olur. Yox əgər partiya sədri millət vəkili deyilsə o zaman fraksiya üzvləri arasında daxili nizamnaməyə uyğun olaraq yeni sədr seçilir.
Məclisdə mətbuata qapalı olaraq keçirilən iclas zamanı baş nazir Yıldırım 300 millət vəkilinin səsi ilə parlament fraksiyasının sədri seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...