Son günlər sosial şəbəkələrdə maraqla izlənilən videoçarx APA Holding və Mover.az şirkətinin birgə hazırladıqları və Respublika Gününün 99 illiyinə həsr olunmuş sosial rolik oldu
Sosial şəbəkələrdə qısa müddət yüzminlərlə baxışı olan video çarx APA TV-nin çəkiliş qrupu tərəfindən hazırlanıb. Video rolikin ideya müəllifi Hacıağa Əliyevin sözlərinə görə, belə sosial çarxın çəkilməsində iştirak etmək qürurvericidir: "Bu video çarxın yüzminlər tərəfindən izlənilməsi və təqdir olunması çox xoşdur. Bizi izləyənlərin hər birinə təşəkkür edirəm".
Video çarxla yanaşı mover.az şirkəti sosial şəbəkə istifadəçilərin profillərini Respublika gününə həsr olunmuş “Yaşa, yaşa çox yaşa, Ey şanlı Azərbaycan!” adlı dizaynla bəzədi. Bunun sayəsində yüzminlərlə facebook istifadəçisi öz profilində Cümhuriyyəti andı.
Qeyd edək ki, mover.az şirkəti 2015-ci ildə yaranıb. Şirkət Türkiyə alış-veriş saytlarından edilən online sifarişlərin Azərbaycana çatdırılması ilə məşğul olur.
MilliYol.Az
Digər xəbərlər
loading...