“Aztelekom” MMC-nin bütün telekommunikasiya infrastrukturunun əsaslı şəkildə modernləşdirilməsi gözlənilir
Bunu Trend-ə müsahibəsində MMC-nin baş direktoru Suat Paşayev deyib.
Onun sözlərinə görə, dəyişikliklərlə bağlı böyük planlar var: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə şəbəkənin bütün seqmentləri dəyişdiriləcək. IP texnologiya üzrə bütün infrastrukturun dəyişdirilməsi zəruridir. Optik infrastrukturun mövcud olmadığı ərazilərdə kabellər çəkiləcək və ya simsiz şəbəkə yaradılacaq”.
“Aztelekom” rəhbəri hesab edir ki, hazırda IP TV xidmətinə bazarda çox tələbat var. Bununla əlaqədar olaraq MMC ölkə ərazisində bu xidmətin əhatə dairəsinin genişləndirilməsu üçün bir sıra variantları sınaqdan keçirir.
S.Paşayev tarif siyasəti və həm korporativ, həm də istehlakçı seqmentindəki mümkün dəyişikliklər barədə də danışıb.
Onun sözlərinə görə, korporativ istifadəçilər üçün əsassız yüksəldilmiş tariflərə yenidən baxılıb:
“Fərdi istehlakçılara gəlincə, burada qiymətlər demək olar ki, möhkəmlənib. Manatın məzənnəsindəki dəyişikliyə və satınalma qiymətlərinin artmasına baxmayaraq, biz qiymətlərin sabitliyini saxlaya bildik. İnfrastrukturun təkmilləşdirilməsi üçün nə qədər çox iş görülsə, tariflərin azadılması üçün imkanlar bir o qədər çoxalacaq”.
“Aztelekom” rəhbəri qeyd edib ki, tariflərin azaldılması gözlənilir və indi fərdi istehlakçı seqmenti üçün yeni təkliflər hazırlanır. İnternetə çıxış sürətinin artırılması şərti ilə mövcud tarif həddinin saxlanması da istisna deyil:
“Məsələ ondadır ki, istifadəçilərin böyük əksəriyyəti minimal tarifi seçir. Minimal həddin azaldılacağını düşünmürəm. Sürətin ikiqat və ya üçqat artırıla biləcəyini demək çətindir, amma tariflərin azalması mütləq olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...