“İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi çox vacib idi və ölkəmizin yeni bir uğurudur”
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündəki nitqini şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Belə bir səviyyəyə çatmaq üçün Azərbaycanın böyük bir yol keçdiyini deyən millət vəkili bu inkişafın məhz Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində mümkün olduğunu qeyd edib:
“Azərbaycan artıq çox güclü siyasi və iqtisadi imkanlara malik bir dövlətdir. Ona görə də bu cür möhtəşəm oyunları keçirməyə tam imkan sahibidir. İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi və başa çatdırılması Bakı üçün çox önəmli idi. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan idmançıları ən yüksək pillələri tutdu. Azərbacan idmançılarının bu cür böyük uğura imza atması peşəkarlığın və onlara yaradılan yüksək şəraitin göstəricisidir. Bu, uzun bir yoldur və bir ayın, bir ilin işi deyil. Bu gün İndoneziyanın 280 milyon, Azərbaycanın isə 10 milyon əhalisi var. Ancaq az əhalimiz olmasına rəğmən, Azərbaycan idmançıları çox böyük fərqlə ən yüksək yerləri qazandılar. Bu uğurlu yolun inkişafı Azərbaycanın gücü, qüdrəti düzgün siyasəti və dövlət başçının səyləri nəticəsində reallaşdı. Ona görə də hansı istiqamətdən baxsaq, İslam Həmrəyliyi Oyunları ölkəmiz üçün böyük və yeni bir uğur idi ki, biz bunları yaşadıq”.
MilliYol.Az
Digər xəbərlər
loading...