Milli komandamız Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq oyununu keçirib. MilliYol.Az xəbər verir ki, Robert Prosineçki komandanı Kanada ilə oyunda sınayıb.
"Rohrbax an der Lafnits" stadionunda baş tutan qarşılaşmada iki qol vurulub. Hesabı 44-cü dəqiqədə Kanadadan Teşo Akindele açıb. 57-ci dəqiqədə penaltidən fərqlənən Dmitri Nazarov matçın yekun nəticəsini müəyyənləşdirib - 1:1.
Beləliklə, yığma komandamız toplanış çərçivəsindən üçüncü matçını keçirib. Andorra ilə qolsuz bərabərliyə razılaşan Robert Prosineçkinin yetirmələri Makedoniyaya məğlub olub (1:3). Bununla da komandamız Avstriya toplanışını qələbəsiz başa vurub.
Yoxlama oyunu
3 iyun
Azərbaycan - Kanada 1:1
Qollar: Dmitri Nazarov, 57-pen - Teşo Akindele, 44.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 8. Eddi İsrafilov, 9. Namiq Ələsgərov, 13. Dmitri Nazarov, 16. Tərlan Quliyev, 18. Ağabala Ramazanov, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 7. Araz Abdullayev, 10. Elvin Məmmədov, 11. Ruslan Qurbanov, 14. Rəşad Sadıqov, 15. Ruslan Abışov, 17. Rəhman Hacıyev, 19. Rəşad Eyyubov, 21. Murad Səttarlı, 24. Amil Yunanov, 25. Adil Nağıyev, 28. Coşqun Diniyev.
Baş məşqçi: Robert Prosineçki.
Kanada: 1. Saymon Tomas, 19. Stiven Vitoriya, 4. Deyan Yakoviç, 12. Donil Henri, 15. Con Adam Strayt, 5. David Edqar, 17. Marsel De Yonq, 13. Maykl Petroso, 16. Skott Erfild, 23. Teşo Akindele, 11. Tosayn Rikkets, 20. Karl Oymett.
Ehtiyat oyunçular: 22. Kenni Stamatopulos, 14. Samuel Pyett, 3. Manrekar Ceyms, 6. Xulian de Qusman, 21. Kayl Larin, 10. Devid Hoylett, 24. Simeon Cekson, 9. Markus Heyber.
Baş məşqçi: Benito Floro.
Hakimlər: Saşa Amhof, Stefan de Almeyda, Vital Yobin, Adrien Yakkottet (İsveçrə).
"Rohrbax an der Lafnits".
MilliYol.Az
Digər xəbərlər
loading...