Neftçala rayonunda məmur özbaşınalığı artıq pik nöqtəyə çatıb. Rayonda sayı bilinməyən obyektlərin sahibi olan, hektarlarla torpaqları mənimsəyən, ucu-bucağı bilinməyən əkin sahələrini zəbt edərək milyonlar qazanan icra başçısı artıq özünü rayonun şahı elan etməyə başlayıb.
Bütün bunlar azmış kimi, rayona nəzarəti itirən, başı yalnız pul qazanmağa qarışan İ.Vəliyev indi də şəhid ailələrini hədəfə alıb. İcra başçısı bəzən müqəddəs və yazılmayan qaydaları pozmaqla rayonda ciddi narazılığı yaranması üçün əsas yaradıb.
Belə ki, bu dəqiqələrdə Neftçaladan Qaynarinfo.az-a daxil olan məlumata görə, İsmayıl Vəliyev idarələrdən birində az əmək haqqı ilə də olsa işləyən, ailəsini çətinliklə də olsa dolandıran şəhid qızının işdən çıxarılması ilə bağlı göstəriş verib.
Bu millətə və insanlığa yaraşmayan bir haldır. Maraqlıdır, icra başçısı vətən, dövlət, millət yolunda hətta canından keçən şəhid ailələrinin cüzi əmək haqqı ilə işlədikləri yerə də tamah salıb? Yoxsa, bunun adını nə qoyaq, İsmayıl Vəliyev? Atası şəhid olan bir xanımı işdən çıxarmaq, ac qoymaq hansı insani qaydalara sığır? Budurmu dövlətin sizin kimi icra başçısına verdiyi tapşırıq? Yoxsa, vətən, millət yolunda canından keçən insanların ailə üzvlərinə diqqətin artırılmasımı? Yəqin ki, bu barədə aidiyyatı qurumlara məlumat veriləcək...
Yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.
MilliYol.Az
Digər xəbərlər
loading...