Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə təmsilçisi Federika Moqerini Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri ilə bağlı danışıb.
MilliYol.Az xəbər verir ki, Moqerini Aİ-Ermənistan Əməkdaşlıq Şurasının tədbirindən sonra Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanla birlikdə mətbuat konfransı keçirib. Aİ rəsmisi bildirib ki, Ermənistan Türkiyə ilə əlaqələri normallaşdırmalıdır.
O həmçinin qeyd edib ki, Dağlıq Qarabağ problemi belə davam edə bilməz, məsələ hüquqi çərçivədə həll edilməlidir: "Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda beynəlxalq hüquqa uyğun olaraq siyasi həllə ehtiyacı var. Aİ ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...