“Azərbaycanda Azad Ticarət Zonasının (ATZ) yaradılması üzrə konsaltinq xidmətləri göstərən dünyanın ən iri liman operatorlarından biri "DP World" (Dubai Port World) şirkəti "Azad ticarət zonası haqqında" qanun layihəsi hazırlayıb”
Bunu jurnalistlərə Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində ATZ üzrə hesabatın təqdimatı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, "DP World" şirkəti ilə ötən il müqavilə imzalanıb:
"Bu müddət ərzində şirkət böyük işlər görüb. Bunu 3 əsas istiqamətə bölmək olar. Bu, ərazinin baş planının hazırlanması, "Azad Ticarət Zonası haqqında" qanun layihəsinin işlənməsi, eləcə də layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasıdır". (trend)
MilliYol.Az
Digər xəbərlər
loading...