İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Trampın Səudiyyə Ərəbistanına səfəri və islam ölkələrinin zirvə görüşünə münasibətini açıqlayıb
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Prezident Ruhani bu səfərin siyasi əhəmiyyəti olmadığını ifadə edib.
O, həmçinin bəyan edib ki, Yaxın Şərqdə İranın iştirakı olmadan sabitliyin yaranması qeyri-mümkündür.
Tehranda təşkil etdiyi mətbuat konfransında Ruhani ABŞ və Səudiyyə Ərəbistanı arasında əldə olunan silah razılaşması haqqında da danışıb: “Xalqın pulunu bir super gücə verərək, terrorizm problemini həll etmək olmaz”.
Həsən Ruhani həmçinin bəyan edib ki, İranın uzaq mənzilli raket sınaqları davam edəcək: “İran güclü bir dövlət olmaq yolunu seçib. Amerika rəsmiləri də bilməlidir ki, raketlərimiz yalnız sülh və müdafiə üçün lazımdır”.
Qeyd edək ki, Vaşinqton İranın öz raket sistemini inkişaf etdirməsindən narahatdır. Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ dövlət katibi Tellerson Tehranı terrorizmə dəstək verməkdən və uzaq mənzilli raket sınaqlarından əl çəkməyə səsləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...