Böyük Britaniyanın baş naziri Tereza Mey Mançesterdə baş verən iki partlayışı "terror aktı adlandırıb"
Trend-in verdiyi məlumata görə, bu barədə baş nazirin kanselyariyasının yaydığı kommyünikedə deyilir.
"Biz polisin çox dəhşətli terror aktı adlandırdığı hadisə üzərində işləyirik", - kommyünikedə deyilir.
Qeyd edək ki, bu gecə İngiltərənin Mançester şəhərində "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariane Qrandenin konsertində iki partlayış baş verib. Partlayış nəticəsində 19 nəfər həlak olub, 50-yə yaxın insan isə yaralanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...