Azərbaycanda bu il I-V ixtisas qrupları və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 90616 abituriyent sənəd verib
Bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə deyib.
Onun sözlərinə görə, bu il I-V ixtisas qrupları və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərin sayında ötən ilə nisbətən azalma qeydə alınıb.
Azalmanın əsas səbəblərindən biri builki 11-ci sinif məzunlarının sayının ötən ilə nisbətən təqribən 3000 nəfər az olmasıdır. Belə ki, ötən il 11-ci sinif məzunlarının sayı 87 min nəfərdən çox olduğu halda, bu il onların sayı 84 min nəfərdən çox olacaq:
"Təbii ki, bu da sənəd verənlərin sayına təsir göstərib. Amma ümumilikdə isə bu il sənəd verənlərin sayını təqribən ötən ilki hədd daxilində hesab etmək olar".
X.Xanlarzadə qeyd edib ki, bu il ümumilikdə ali məktəblərə I-IV ixtisas qrupları üzrə 73676 nəfər sənəd verib. Onların 29359 nəfəri I, 20453 nəfəri II, 18739 nəfəri III, 5125 nəfəri isə IV ixtisas qrupuna ərizə verib.
Bu il I-IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlərin 61760 nəfəri iyulda keçiriləcək 2-ci qəbul imtahanlarında iştirak edəcək.
Bu il abituriyentlərin 39831 nəfəri V ixtisas qrupu üzrə ali məktəblərə, 45501 nəfəri orta ixtisas təhsili müəssisələrinə sənəd verib.
Qeyd edək ki, mayın 22-də 2-ci qəbul imtahanında iştirak etmək üçün elektron ərizə qəbulu başa çatıb.
MilliYol.Az
Digər xəbərlər
loading...