IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi start keçrilib. Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassarın mərasimdə iştirak edib.
İslamiadada 268 dəst medal sahibini tapıb. 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb.
Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib. Yarışa qatılan 14 ölkənin komandası isə Bakıdan əliboş qayıdır.
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının səkkiz hərbçisi tərəfindən gətirilib, 3 hərbçi Azərbaycan bayrağını qaldırıb.
Bu zaman dövlət himni səsləndirilib. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq olub.
“Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının milli bayraqları idmançılar tərəfindən Olimpiya stadionuna gətirilib və atletlərin paradı keçrilib. Ev sahibi olan Azərbaycanın idmançıları stadiona axırıncı giriblər.
Yarışlarda iştirak edən ölkələrin bayraqları dirəklərdə yan-yana dalğalanıb. Bayraqlar gətirildiyi zaman “Amarok” qrupunun ifasında “Naxçıvan halayi” səsləndirilib. Həyat ağacına su verilib və onun kökləri səhnədə çıxmağa başlayıb.
Aktyorlar qrupu (hər biri 7 x 1.35 metr ölçüdə olan) üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolağını gətirib. Quşlar onların başları üzərində uçduğu zaman, ipək zolaqlar gözəl mənzərəni yaratmaq üçün birləşdirilib.
Yaşıl meşələri, qəhvəyi dağları, göy isə Azərbaycanın çaylarını əks etdirib. İpək zolaqlar Azərbaycan Respublikasının bayrağını əks etdirmək üçün çevrilib, “Amarok” – “İncilər” mahnısını ifa edib.
Son 10 günün idman yarışları stadion ekranlarında nümayiş etdirilib, Avroviziya Mahnı Müsabiqəsi 2015 üçün təqdim etdiyi mahnı – Elnurun ifasında “Hour of the Wolf” səslənib.
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində möhtəşəm şou nümayiş etdirilib. “Qarabağ” şikəstəsi altında səhnədə Günəş qalxıb və səhnə üzərində hərəkət edib.
Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən hərəkətə gətirilib. Günəşin şüası aşağıda tamaşaya start verib. Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən artıq əlvan üçbucaq iki böyük altıbucaq formalaşdırıb. Bu cür kitabın səhifələri “şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənəib. Günəş oturduğu zaman, həmin kitablar açılaraq, göy işıq saçacaq və qaldırılaraq, Xəzərin gözəl 3 ölçülü formasını yaradıb.
Gülarə Əliyeva “Şur fantaziyası” ifa etməyə başlayan zaman ekranda Bakı bulvarının gündəlik əyləncəli həyatından səhnələri görünüb. İnsanlar çərpələng və hava şarları ilə oynayıblar. Digərləri şahmat oyunu ilə məşğuldur və ya küləyin əllərindən qoparmış qəzetlərin arxasınca qaçıblar. Səhnəyə külək turbinləri və flügerlər gətirildikdən sonra həmin əşyalar küləyin hesabına hərəkətə gəlib. Bütün rekvizit və kostyumlar giləvarı əks etdirən dalğavari naxışlarla bəzədilib. Səhnə iştirakçıları “Yallı” getdiyi zaman buludlar qalxacaq. 1000-dən artıq hava şarı və həyatın ağacının minlərlə yarpağı giləvarla gecə səmasına qaldırılıb.
Natiq Şirinovun “Qarabağ” mahnısını ifa etməyə başlaması ilə səhnədə işıq saçan aypara qalxıb və səhnə üzərində hərəkət edib. Aktyorlar qlobusu saxlayan əlləri sülh rəmzi olan göyərçini formalaşdırıb. Sonra aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında mövcud olan və alov mənasını daşıyan qədim badamvari naxış olan buta fiqurlarını yaradıblarr. Döşəmənin üzərində olan proyeksiyalar aktyorların yaratdığı fiqurlara uyğun verilib. Nəhayət, aypara səhnənin mərkəzinə doğru hərəkət edib, səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alovu yandıblar. Stadionun damında isə atəşfəşanlıq başlayıb. Oyunların uğurla keçirilməsini mümkün edən 6000 könüllünün verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olunub. Könüllülərə minnətdarlığın bildirilməsi haqqında videoçarx stadion ekranlarında göstərildiyi zaman Azad Vəliyevin “Yeni Gün” mahnısı dinlənilib.
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Bakı Olimpiya Stadionda ekranlarda 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinə bütün dünyanı dəvət edən videoçarx nümayiş etdirilib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını endiriblər.
Onlar bayrağı stadiondan aparmaq üçün digər 8 hərbçiyə təqdim ediblər. ISSF-in bayrağı endirildiyi zaman Benjamin Brittenin “The Young Person’s Guide to the Orchestra” musiqisi səsləndirilib.
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul 2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib.
Türkiyənin milli himni səsləndirildiyi zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi bayrağı qaldırıb. Bu səhnələr Benjamin Brittenin “The Young Person’s Guide to the Orchestra” musiqisi, Rövşən Əsgərzadənin “Qəhrəmanlıq uvertürası” ilə müşayiət olunub. Türkiyənin dövlət himni – “İstiqlal marşı” səsləndirilib və Azərbaycan bayrağının yanında qardaş ölkənin bayrağı qaldırılıb.
Bağlanış mərasimi “Birlik” adlı konsertlə davam edib. Tamaşaçılar Səmra Rəhimlinin “O sevir”, “Miracle”, Nigar Camalın “Çağıran da ürəkdir” və “Sus” mahnılarını coşqu ilə qarşılayıb.
Səmada işıq saçan aypara görünüb və səhnə üzərində hərəkət edib. Aktyorlar qlobusu saxlayan əlləri və sülh rəmzi olan göyərçini formalaşdırıb.
“Həmrəylik ruhu” adlı bu səhnədə aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında işlədilən, alov mənasını daşıyan buta fiqurlarını yaradıb.
Aypara səhnənin mərkəzinə doğru hərəkət edib. Səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alovu yandırıb. Onlar fəvvarəyə çevrilən su sinisini dövrəyə alıb. Əllidən çox İslam ölkəsinin qovuşan suları gözəl fəvvarəyə çevrilir və ayparaya doğru yüksəlib.
Su yüksəldikcə Aydan parıltılı konfetti düşüb. Natiq ritm qrupunun ifasında “Qarabağ” mahnısının sədaları stadiona yayılıb. Daha sonra stadionda Azad Vəliyevin “Yeni Gün” mahnısı səslənib. Ekranlarda təxminən 8000 könüllünün Oyunların uğurla keçirilməsinə verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olunub.
Tünzalə Ağayevanın ifasında “Sürət – 2017 Azərbaycan Qran-Prisi” mahnısı səslənib. İfa zamanı 30 səhnə iştirakçısı Bakı şəhər halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs edib.
Müğənni “Birlik” konsertini “Bakı-2017” könüllülərinə həsr olunmuş “Salam Bakı” himni və “Mən Azərbaycanlıyam” mahnısı ilə yekunlaşdırıb.
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...