Bu dəqiqələrdə Türkiyə mənbələrinin yaydığı xəbərə əsasən Milli İstihbarat Təşklatının direktoru Hakan Fidan vəzifəsindən azad edilib. Virtualaz.org xəbər verir ki, ölkənin kəşfiyyat xidmətinin direktoru Türkiyənin Tokiodakı səfirliyinə təyinat alıb.
MİT direktorunun vəzifədən azad edilməsi və Tokioya səfir göndərilməsi barədə məlumat hələlik internethaber.com saytı tərəfindən yayılıb və rəsmi qaynaqlar tərəfindən xəbərlə bağlı açıqlama verilməyib. Həmin mənbə həmçinin iddia edir ki, xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu da vəzifəsindən azad edilib və Vaşinqtona səfir göndərilib. Feridun Sinirlioğlu 2008-2009-cu illərdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair danışıqlarda iştirak edib.
MilliYol.Az
Digər xəbərlər
loading...