İsrail hökuməti ABŞ Prezidenti Donald Trampın səfəri öncəsi etdiyi tələbə əsasən, fələstinlilərə bəzi iqtisadi güzəştlər edib
Axar.az xəbər verir ki, İsrailin hərbi-siyasi kabineti Fələstin muxtariyyəti ərazisində gündəlik yaşayışı yüngülləşdirən iqtisadi tədbirləri təsdiq edib. "Bu tədbirlərin görülməsini Tramp İsraildən tələb etmişdi”, - “Röyter” agentliyi yazıb.
Tədbirlərə əsasən, İordan çayının Qərb sahilinin şimal və cənubunda inşaat işlərinin aparılmasına icazə verilib. Bundan başqa İsrail hökuməti Alenbi körpüsündə Fələstin muxtariyyəti ilə İordaniya arasındakı sərhəd-keçid məntəqəsində 24 saatlıq iş rejimini təmin etməyə söz verib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün İsrailə səfər edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...