Böyük Britaniya alimləri “Instagram”ın insan sağlamlığı üçün ən təhlükəli sosial şəbəkə olduğunu müəyyənləşdiriblər
Bu barədə İctimai Sağlamlıq üzrə Kral Cəmiyyətinin (RSPH) və Gənclərin Sağlamlığı üzrə Hərəkatın hesabatında deyilir.
Sosial şəbəkələrin gənclərə zərərləri barədə aparılan araşdırma zamanı 14 yaşdan 24 yaşa qədər 1479 nəfərlə sorğu keçirilib. Gənclərdən sevdikləri sosial şəbəkələr və onlardan istifadənin nəticələri barədə nə düşündükləri soruşulub.
Hər şəbəkəni bir sıra açar sözlər (yalnızlıq, depressiya, həyəcan, ələsalma, zahiri imicin formalaşdırılması) üzrə qiymətləndirmək təklif olunub. Ümumilikdə respondentlərə 14 sual ünvanlanıb.
Tədqiqat çərçivəsində “YouTube”, “Instagram”, “Snapchat”, “Facebook” və “Twitter” araşdırılıb. Siyahıda ən müsbət imicə malik olan sosial şəbəkə “YouTube” olub. Bu xidmət gənclərə ən pozitiv təsir göstərən xidmətdir. Sonra “Twitter” və “Facebook” gəlir. “Snapchat” və “Instagram“ ən pis qiymətləndirilən sosial şəbəkələr olublar.
Araşdırma müəllifləri 16-24 yaş arası gənclərin 91%-nin sosial şəbəkələrdən istifadə etdiyini bildiriblər. “Sosial şəbəkələr asılılıq baxımından siqaret və alkoqoldan daha təhlükəlidir. Gənclər arasında depressiya və həyəcan hissinin səviyyəsi son 25 ildə 70% artıb”, - deyə hesabatda qeyd olunur. (fins.az)
MilliYol.Az
Digər xəbərlər
loading...