Ankarada iki İŞİD üzvünün öldürülməsi ilə bağlı keçrilən əməliyyatın təfərrüatları açıqlanıb. MilliYol.Az xəbər verir ki, bu barədə Ankara valisi Ercan Topaca açılaqma verib.
Vali bildirib ki, iki terrorçu İstanbul və Ankara polisinin birgə əməliyyatı zamanı öldürülüb. Onun sözlərinə görə, Ankarada ələ keçrilən azərbaycanlı İŞİD-çinin ifadəsində həmin şəsxlərin terrorçu olduğu və paytaxtda terror aktı törədəcəklərini bildirib: "İstanbulda izlənilən Azərbaycan vətəndaşı olan İŞİD-çinin son günlər hərəkətli olması və icarəyə maşın götürərək Ankaraya gəlməsindən şübhələnilib, buraya iki nəfər gətirdiyi anlaşılıb. O, ifadəsində həmin şəxslərin də özü kimi İŞİD üzvü olduğu və Ankaraya terror aktı törətmək üçün apardığını bildirib. Bundan sonra təcili əməliyyat planlaşdırılaraq hər iki terrorçu məhv edilib".
Terrorçularla bağlı məlumatların hələlik tam dəqiqləşmədiyini bildirən vali "Kim olduqları hələ tam dəqiq bilinmir. Araşdırmalar gedir. Evdən silahlar çıxıb. Əl bombaları da olub. Böyük ehtimalla qarşıdakı günlərdə terror aktı planlaşdırıblar" deyib.
Terrorçuların vətəndaşlıqları ilə bağlı danışan Ercan Topaca bunları bildirib: "Terrorçuları gətirən şəxsin Azərbaycan vətəndaşı olduğundan onların əcnəbi olduğunu düşünürük. Azərbaycan vətəndaşının İstanbulda istintaqı davam edir".
İŞİD-in bu gün Ankarada keçrilən hakim Ədalət və İnkişaf Partiyasının konqresini hədəfə ala biləcəyi ehtimal olunsa da, hələlik bu xəbərlər təsdiqlənməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...