IV İslam Həmrəyliyi Oyunlarında qadınlardan ibarət güləş yığmamıza ikinci qızıl medalı Mariya Stadnik qazandırıb. 48 kq çəkidə mübarizə aparan qadın idmançımız bütün rəqiblərini üstələyib.
Dairəvi sistemli mübarizədə əlcəzairli Keyra Yahyaui və Evin Demirhanı məğlub edən Mariya bir daha çəksinin ən güclüsü olduğunu sübut edib.
Fəxri kürsünün ən yüksək pilləsinə qalxan pəhləvanımıza qızıl medalı Azərbaycanın vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib. Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.
69 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova da İslamiadanın qızıl medalına sahib olub. Ona da medalı birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.
MilliYol.Az
Digər xəbərlər
loading...