27 yaşlı qadın iki uşağı ilə küçələrdə qalıb.
Buna səbəb həyat yoldaşı tərəfindən döyülərək küçəyə atılmasıdır. Qadın iddia edir ki, 5 ildə döyülmədiyi günü xatırlamır. Kişi isə deyir ki, həmin qadın özü evdən qaçıb.
Qadın zorakılığa məruz qaldığı üçün 2 və 4 yaşlı uşaqları ilə küçlərdə özünə pənah axtarır.
27 yaşlı Elnaza Abdulova 5 il əvvəl ailə həyatı qurub. Elə evliliyinin ilk günlərindən ailəsindəki münaqişələrin ardı - arası kəsilməyib. Daim yoldaşı tərəfindən təziqlərə, şiddətə məruz qalıb.
Abşeron rayonunun Mehdiabat qəsəbəsində yaşayan qadının sözlərinə görə, elə bir gün yoxdur ki, əri tərəfindən döyülüb- söyülməsin.
Elnazanı ən çox narahat edən isə onunla birlikdə uşaqlarının da bu cür zorakılıqlara məruz qalmasıdır.
Qadın bildirir ki, hətta həyat yoldaşının xəstə kağızı olduğu üçün ona daim hədə-qorxu gəlirlər.
Qadının tək istəyi övladları ilə birlikdə sıınacağa yerləşib onlara rahat baxa bilməsidir.
Məsələnin təfərrüatlarını öyrənmək üçün qadının həyat yoldaşı Niyaməddin Talverdıyev ilə telefon əlaqəsi saxladıq.
O, həyat yoldaşına heç nə etməyini deyərək telefonu qapadıb.
Daha sonra nə qədər əlaqə saxlamaq istəsək də istəyimiz baş tutmadı. Telefonu söndürərək suallarımızı cavabsız qoydu.
Hüquqşünansların sözlərinə görə, bu qadın hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Bu zaman ona qarşı törədilən zorakılığa görə həyat yoldaşı 1 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...