"Çudo Peçka" mağazalar şəbəkəsinin 700-dən çox işçisi hələ də 8 aylıq maaşlarını ala bilməyiblər. Bu barədə "Qaynarinfo"ya mağazanın keçmiş işçilərindən İmran Rzayev məlumat verib.
Pis vəziyyətdə qalan İmran Rzayev kirayə qaldığı evin pulunu belə ödəməkdə çətinlik çəkir: "İş yerim Bakı şəhəri, 8-ci mikrorayon dairəsində, Cəfər Xəndan küçəsi 36-da yerləşirdi. Bu ilin fevral ayında işdən çıxarıldım. 4 aydır ki, işsizəm, maddi vəziyyətim çox pisdir, kirayə haqqını borc-xərclə ödəyirəm. 700-dən çox işçinin də vəziyyəti mənimki kimidir. Ayda 350 manat maaş alırdım. "Çudo Peçka"nın mənə 2800 manat borcu var. Hələ də vermək fikirləri yoxdur. Şirkətin rəhbəri Çingiz Cəlilov olsa da işləri oğlu Anar Cəlilov aparırdı".
Məsələ ilə bağlı bir neçə quruma şikayət etdiyini deyən vətəndaş bununla bağlı heç bir tədbirin görülmədiyini bildirib.
Qeyd edək ki, 2001-ci ildən fəaliyyətə başlayan "Çudo Peçka"nın 14 mağaza-kafesi olub. Sonradan mağazalar şəbəkəsi onun qurucusu olan biznesmen Çingiz Cəlilovdan alınıb. Lakin məhkəmənin qərarı ilə şirkət yenidən iş adamına qaytarılıb.
Onu da qeyd edək ki, Çingiz Cəlilovun oğlu Anar Cəlilov Əməkdar artist Röya Ayxanın keçmiş əridir.
MilliYol.Az
Digər xəbərlər
loading...