MilliYol.Az AzPolitika.info-ya istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Bəşər Əsəd hökuməti ilə əməkdaşlıq etdiklərinə görə, Pusiya və İrana qarşı yeni sanksiyalar hazırlayır
ABŞ nümayəndələr palatası bu məqsədlə yeni qanun layihəsi hazırlayıb.
Əgər qanun qəbul olunarsa, o zaman 30 gün ərzində ABŞ Prezidenti Donald Tramp sanksiyalar siyahısına «Suriya hökumətinə maliyyə, material və texnoloji dəstək» verən digər dövlətlərin vətəndaşlarını da əlavə etməli olacaq.
ABŞ konqresmenləri belə köməyi Dəməşqin kimyəvi, bakterioloji və hətta nüvə silahı, eyni zamanda ballistik, qanadlı və ya digər raketlər (böyük miqdarda digər silahlar) əldə etmək imkanı qazanması ilə əlaqələndirirlər.
Eyni zamanda, Ağ Ev Bəşər Əsədə müdafiə və ya hərbi-informasiya xidməti göstərən dövlətlərə qarşı da sanksiyalar tətbiq etməli olacaq. Ayrıca olaraq, sanksiyalar Suriya Mərkəzi bankı ilə əməkdaşlıq edərək, «humanitar böhranı dərinləşdirənlər»ə qarşı tətbiq olunacaq.
Hal-hazırda, Əsədin özü də daxil olmaqla, siyahıda siyasi təhlükəsizliyə cavabdeh olan şəxslərdən, hərbi-hava qüvvələri (HHQ) strukturlarından olan hərbi rəislərdən və hərbi kəşfiyyatın nümayəndələrindən ibarət 47 nəfərin adı ad var.
Qanuna görə, əgər ABŞ Prezidenti sanksiyaları tətbiq etməsə, 120 gün ərzində Konqresin profil komitələrinə izahat verməlidir.
Sanksiya siyahısına düşən şəxslər ABŞ-a viza ala bilməyəcəklər, ABŞ vətəndaşları ilə heç bir işgüzar əlaqədə ola bilməyəcəklər və onların ABŞ-dakı əmlak və aktivləri həbs olunacaq.
Həm də Tramp bu sanksiyaları yalnız Suriyada vətəndaş müharibəsinin dayandırılması barədə beynəlxalq saziş bağlandığı təqdirdə ləğv edə bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...