Bu gün Azərbaycanda Türkiyənin elə kanalları translyasiya olunur ki, onlar heç Türkiyənin özündə o qədər populyar və xüsusi çəkiyə malik deyillər
Trend xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov komitənin bugünkü iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, hazırda Azərbaycanda 17 kabel şəbəkəsi yayımçısı, 15-dən çox İP televiziya var: "Bu ikisi birlikdə 100-ə yaxın kanalı translyasiya edir. Əslində isə, onların translyasiya edə biləcəyi kanalların sayı təxminən 200-dür. Yayımlanan kanallar bunların içərisindən seçilib. Əsas məqsəd isə odur ki, yayımlanan kanallar bu 100-ün də içindən seçilsin. Bunların arasında bizim mənəvi dəyərlərə, əxlaqı keyfiyyətlərimizə uyğun gəlməyən, pornoqrafik, zorakılığı təbliğ edən kanallar yoxdur və ola da bilməz. Lakin gələcəkdə bu sıra bir az da məhdudlaşacaq. Məqsəd odur ki, daha çox ictimai-siyasi yükü olan, müvafiq ölkələrin dövlət orqanları ilə bağlı olan kanallar, eləcə də yalnız bizim deyil, müxtəlif ölkələrin cəmiyyətləri tərəfindən qəbul edilən müəyyən əyləncəli kanallar daha çox olsun, bu dairə bir az daralsın, ən optimal kanallar ortada qalsın".
MilliYol.Az
Digər xəbərlər
loading...