Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi istehlak bazarındakı vəziyyyətə nəzarət edə bilmir
Ərzaq məhsullarının keyfiyyət problemi ilə bağlı məsələlər Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin daimi diqqət mərkəzində olmalıdır. Əhalinin təhlükəsiz qida məhsulları ilə təminatında bu amilə xüsusi önəm verilir. Qurumun tərkibində fəaliyyət göstərən texniki tənzimləmə və standartlaşdırma şöbəsi ilə yanaşı eyni adla digər bir nəzarət xidməti də istehlak bazarındakı vəziyyətin qiymətləndirilməsi prosesində iştirak edir.
Beləliklə, ikili nəzarət funksiyaları sayəsində keyfiyyətsiz məhsulların bazara çıxarılmasının qarşısına sədd çəkmək imkanları artmış olur. Bəs elə isə gizli yolla kustar üsullarla istehsal edilən yayarsız məhsulların bazara daha geniş ayaq açmasının səbəbləri nədir? Gundelik-baku.com-un məlumatına görə, heç bir standartlara cavab verməyən zay ərzaq məhsullarının istehsalı təəssüf ki, azalmaq əvəzinə artıb. Bu cür neqativlərin qarşısının alınmasında əlaqədar dövlət qurumlarının iştirakı nə dərəcədə qaneedicidir? Etiraf etməliyik ki, dövlət qurumları tərəfindən aparılan nəzarət tədbirlərinə baxmayaraq, ticarət şəbəkələrində hələ də lazımi keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən, yararlılıq müddəti ötmüş və ya yararlılıq müddəti göstərilməmiş, mənşəyi məlum olmayan malların satılması halları müşahidə edilir və bu səbəbdən istehlakçılar mal alarkən diqqətli olmalıdır.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi saytında isehlakçılara malın keyfiyyətli və təhlükəsiz olduğunu müəyyənləşdirməyin yolları izah edilib. Qeyd olunub ki, mövcud qanunvericiliyə görə hər bir istehlakçının malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq hüququ vardır. Bu o deməkdir ki, istehlakçı aldığı malın qeyd olunan xüsusiyyətləri barədə tam əmin olmalı və ticatət obyekti buna təminat verməlidir. Bu baxımdan da sahibkarlar malın istehsalı, emalı, tədarükü, saxlanması, daşınması və satışı mərhələlərində onun keyfiyyətli və təhlükəsiz olmasını təmin etməyə borcludur. Mallar ticarət və ictimai iaşə obyektlərinə mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, uyğunluq sertifikatı və s.) əsasında qəbul edilməlidir. İstehlakçı alacağı malın keyfiyyət və təhlükəsizliyinə tam əmin olmaq üçün satıcıdan həmin sənədləri tələb eetməlidir. Qeyd olunan sənədləri olmayan mallara almaq təhlükəli hesab olunur.
Digər tərəfdən malın üzərində onun adı, istehsalçının adı və ünvanı, tərkibi, istehsal tarixi, saxlanma müddəti, saxlanma şərtləri və şəraiti, xalis çəkisi, qida dəyərliliyi, sağlamlıq üçün zəruri maddələrin normativ sənədlərin tələbləri ilə müqaisəli miqdarı, malın işlədilməsi və təhlükəsiz istifadə edilməsi üsulları və qaydaları, məhsulun hazırlanmasında istinad olunan standartın və digər normariv-texniki sənədin adı və nömrəsi, məcburi sertifikatlaşdırılmalı mallar üçün "AZS" milli uyğunluq nişanı, sertifikatlaşma barədə qeyd və s. məlumatlar öz əksini tapmalıdır.Qeyd edək ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti digər vəzifələrlə bərabər məhsulların istehsalı, saxlanılması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının və ya texniki tənzimləmə və standartlaşdırma sahəsində digər normativ sənədlərin məcburi tələblərinə, məhsul istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə dair bəyan etdiyi göstəricilərə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin edir.
Texniki tənzimləmə və standartlaşdırmanın məqsədləri sırasına həmçinin, məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsində dövlətin və istehlakçıların mənafeyinin müdafiəsi daxildir. Bu mənada qida məhsullarının standartlaşdırılması üzrə fəaliyyət göstərən Texniki Komitənin üzərinə böyük məsuliyyət düşür. Xidmətin Bakıdan savayı daha 6 regionda Ərazi Nəzarət İdarəsi fəaliyyət göstərir. Düzdür, bir sıra ciddi nəzarət tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, paytaxtda və regionlarda hələ də istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran qanunsuz əməllərə son qoymaq mümkün deyil. Xüsusilə yay mövsümündə intensivləşən qanunsuzluqlar Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti rəisi Əbülfət İmanovun idarəetmədə yol verdiyi nöqsanlarla əlaqələndirilə bilər. Axı necə olur ki, demək olar hər gün göz qabağında çeşid-çeşid zay ərzaq məhsulları bazara çıxarılır? Bunları sadəcə görmək mümkün deyil.
Çörəyin istehsalı və daşınmasında olan problemlər, standartlara cavab verməyən sərinləşdirici içkilərin, süd və süd məhsullarının, eləcə də ət və ət məhsullarının gizli istehsal şəbəkələrinin geniş fəaliyyət dairəsi deməyə əsas verir ki, bu sahədə təsirli tədbirlər görülməsə istehlakçılar təhlükə ilə üzləşə bilər. Ərzaq bazarında bir növ "moderatorluq" funksiyasını yerinə yetirən bir qurumun belə təhlükələri neytrallaşdırmaq imkanları xeyli dərəcədə məhdud görünür. Bu isə Əbülfət İmanovun rəhbərlik etdiyi Xidmətin fəaliyyətində olan nöqsanlarla birbaşa əlaqədardır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...